"Liverpul" "Barselona"nı darmadağın edərək finala yüksəldi
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.
İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib.
Oyun ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolar: D.Origi (7-ci və 79-cu dəqiqələr), C.Vaynaldum (54-cü və 56-cı dəqiqələr).

