"Barselona"nın prezidenti izah tapa bilmir
"İsti-isti danışmaq istəmirəm. Soyuq başla düşünmək lazımdıhr”.
Bu sözləri “Barselona”nın prezidenti Xosep Bartomeu Çempionlar Liqasının yarımfinalınının “Liverpul”la cavab matçından sonra deyib.
Klub rəhbəri İspaniya mətbuatına açıqlamasında ÇL-lə vidalaşmaqlarına izah tapa bilmədiyini qeyd edib: “Durumu izah etmək çətindir. Qarşıda İspaniya kral kubokunun final görüşü var. Baş verənləri klub daxilində müzakirə edəcəyik. 4-cü qolu izah edə bilmirəm. Baş məşqçi və futbolçularla danışmamışam. Sakit olmalıyıq, çünki ölkə kubokunun finalı var. Sabahdan etibarən "Enfild Roud"da yaşananları dəyərləndirəcəyik".
Xatırladaq ki, yarımfinalın ilk matçında "Nou Kamp"da 3:0 hesabı ilə qalib gələn "Barselona" cavab matçında 4 cavabsız qolla uduzaraq turnirlə vidalaşıb.

