Teymur Rəcəbov “Airthing Masters” turnirinin dörddəbir finalına yüksəlib

Rapid üzrə "Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən "Airthings Masters” turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turda ümumilikdə 6 xal toplayan şahmatçımız seçmə mərhələsini beşinci yerdə başa vurub və dörddəbir finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 11 turdan 6,5 xal toplayaraq birinci pillədə qərarlaşıb.


Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.