Sadır Japarov Qırğızıstanda keçirilən prezident seçkilərində qalib gəlir

Qırğızıstan prezidenti vəzifəsini icra edən Sadır Japarov ölkədə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlir.

 Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası bildirir ki, seçki məntəqələrinin 90,06 faizinin səslərinin hesablanmasından sonra S.Japarov 79,15 faiz səslə liderdir.

İlkin məlumata görə, seçkilərdə 1 milyon 213 min 16 seçici iştirak edib.