Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb

Gürcüstanda hakim partiyanın sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.

Bu barədə siyasətçinin yayımladığı məktubda deyilir.

O, öz məktubunda siyasi missiyasının başa çatdığını bildirib.

Qeyd edək ki, B.İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilmişdi, bir il sonra isə vəzifədən istefa verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirirdi.