"Çelsi"ni məğlub etməyi arzulayırdıq" - "Ayntraxt"ın baş məşqçisi

"Çelsi"ni təbrik edirəm. Xəyallarımızı gerçəkləşdirə bilmədiyimiz üçün məyusam. Ancaq "Stemford Bric"də belə oynamaq asan deyil. Oyunçularımla qürur duyuram".

Bu sözləri "Ayntraxt"ın baş məşqçisi Adi Hütter Avropa Liqasının yarımfinalında "Çelsi"yə penaltilər seriyasında 3:4 uduzduqları (əsas vaxt -1:1) oyundan sonra deyib.

 
"Hamımız "Çelsi"ni məğlub etməyi və finala çıxmağı arzulayırdıq. Yenə də oyunçularım tərifə layiqdir. İndi Bundesliqada iki matçımız var. Tez bir zamanda bu görüşü unutmalıyıq" - deyə o bildirib.

A.Hütter insanların onların haqda danışmağının belə böyük uğur olduğunu söyləyib: "Mən əsəbiləşməməyə çalışıram və sakitliyimi qoruyuruam. Bu matçda həzz aldım və fəxr edirəm ki, belə oyunçularım var".