Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 351 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.


"Sputnik Armenia”nın verdiyi xəbərə görə, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 164 586 yoluxma qeydə alınıb.


Ermənistanda indiyədək COVID-19-dan 2992 nəfər ölüb.