Mockva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb

Rusiya paytaxtının aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.

Fevralın 11-dən Moskvada güclü qar yağır, çovğun müşahidə olunur. Hazırda şəhərin yollarında 10 bal səviyyəsinə qalxmış tıxaclarda yüzlərlə yük və minik maşını dayanıb. Son məlumata görə, “Domodedovo” aeroportunda yüzlərlə sərnişin aviareyslərin təxirə salınması üzündən saatlarla gözləməli olur. Bu hava limanında 72, “Şeremetyevo”da 15, “Vnukovo” hava limanında isə 13 aviareys təxirə salınıb.