"Atletiko" Morata ilə bağlı qərarını verdi
"Atletiko" futbolçusu Alvaro Morata ilə icarə müqaviləsinin müddətini uzatmağa qərar verib.
Madrid klubu yanvarda "Çelsi"dən icarəyə götürdüyü ispan hücumçu ilə müqavilənin müddətini 2020-ci ilə qədər uzadacaq. "Atletiko" bunun üçün London təmsilçisinə 16 milyon avro ödəyəcək.
Qeyd edək ki, Morata bu mövsüm La Liqada 14 matçda 6 qol vurub, 1qolun ötürməsini verib.

