Türkiyədə koronavirusa gündəlik yoluxmada ciddi artım müşahidə olunur

Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında ciddi artım müşahidə olunur.

Aprelin 1-də Türkiyədə 243 min 738 nəfər testdən keçirilib. Onlardan 40 min 806 nəfərində infeksiyanın əlamətləri aşkarlanıb, 1424 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 176 nəfər ölüb, 20 min 817 nəfər isə sağalıb.

İndiyədək ümumilikdə 3 milyon 357 min 988 nəfərdə virus aşkarlanıb, 31 min 713 nəfər ölüb.