Dünyada ötən sutka koronavirusa 650 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 650 mindən çox artıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 650 765 nəfər yeni koronavirusa yoluxub, 11 608 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 128 540 982, ölənlərin isə 2 808 308 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.