"Bavariya" çempionluğu rəsmiləşdirə bilmədi
Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Lider "Bavariya" səfərdə "Leyptsiq"lə qarşılaşıb. Münhen klubu qələbə qazansa, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Lakin görüç qolsuz başa çatıb.
Çempion komanda sonuncu - 34-cü turda müəyyənləşəcək.
"Leyptsiq" - "Bavariya" - 0:0
Bundesliqada turnir cədvəlinə 75 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 73 xalla 2-ci, "Leyptsiq" 66 xalla 3-cü, Münhenqladbax "Borussiya"sı 55 xalla 4-cüdür.

