Valverdedən istefa açıqlaması
"Barselona"nın baş məşqçisi Ernesto Valverde klubdakı gələcəyi haqda danışıb.
O, istefa verməyi düşünmədiyini deyib: "Özümü güclü hiss edirəm. Hazırda yaxşıyam. İstefa vermək niyyətim yoxdur".
Valvrede klub prezidenti Josep Mariya Bartomeu ilə də görüşdüyünü söyləyib: "Mənə olan dəstəyini hiss etdirdi".
Qeyd edək ki, Kataloniya təmsilçisinin Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduğu cavab oyunudna sonra Valverdenin bu mövsümün sonu istefaya göndəriləcəyi xəbərləri yayılıb.

