Bakıda keçiriləcək avroliqanın final oyununa cəmi 17 gün qalıb
Bakıda keçiriləcək avroliqanın final oyununa cəmi 17 gün qalıb. 60 mindən çoxtamaşaçı tutumu olan Bakı Olimpiya Stadionuna dünyanın 4 bir tərəfindən futbolsevərlər toplaşacaq. Bakıda isə 5 ulduzlu otellərin əksəriyyəti demək olarki indidən dolub. Turizm şirkətləri gələcək qonaqları otellərlə yanaşı mənzil kirayələməyə yönəldir. Qiymətlər isə adi günlərdən hələlik 20-30 faiz bahalaşıb.
Bakıda otellərdə demək olar ki ,boş yer qalmayıb.
Dünyanın 4 bir yanında fubolsevərlərin böyük maraqla gözlədiyi avroliqanın finalına çox az bir vaxt qalıb.Oyuna baxmaq üçün minlərlə xarici azarkeş Bakıya üz tutacaq.
Elgün Babayevin sözlərinə görə,oyun ərəfəsində və oyundan sonrakı həftə otellərdə və günlük kirayə verilən evlərdə qiymət artımı müşahidə ediləcək.Artıq indidən bəzi otellərdə əvvəlki aylara nisbəttə 20 -30 faiz qiymət fərqi var.
Qeyd edək ki,may ayının 29 da baş tutacaq avroliqanın final oyununda İngilətərənin iki nəhəng futbol klubu olan - "Arsenal"və "Çelsi" Bakıda üz üzə gələcək.

