Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir

İyunun 4-6-da Bakıda baş tutacaq 5-ci Formula 1 Qran-Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-da saat 07:00-da liftin quraşdırılmasına başlanacaq.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətindən bildiriblər ki, liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə bu gecədən etibarən avtomobillərini parklamasınlar.