"Qalatasaray"da ciddi itki - 1 il oynamayacaq
“Qalatasaray”ın yarımmüdafiəçisi Əmrə Akbaba əməliyyat olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Superliqanın 32-ci turunda “Rizəspor”la qarşılaşmasında ayaq biləyi qırılan Əmrənin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Akbabanın növbəti mövsümdə də yaşlı meydandan uzaqda qalacağı bildirilib.
Qeyd edək ki, mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edən 26 yaşlı futbolçu 22 qarşılaşmada meydana çıxıb.

