Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanıb

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov beşinci turda ABŞ təmsilçisi Uesli Soya “armageddon”da qalib gəlib, Teymur Rəcəbov Niderland təmsilçisi Aniş Giriyə məğlub olub.

Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.