“Norway Chess”: Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub olub

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

 6-cı turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə qarşı qara fiqurlarla mübarizə aparan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rəqibinə uduzub. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə heç-heçə etsə də, “armageddon”da məğlub olub.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 4 xalla doqquzuncu yerdə qərarlaşıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.