Formula 1 Azərbaycan Qran Prisi start götürüb

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi bu gün start götürüb.

Formula 1 bolidləri bu gün Bakı trekində 2 məşq sessiyası keçirəcək. Sabah isə F1 pilotlarının kvalifikasiya sessiyası keçiriləcək.

Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir.

Yarışlarda 10 komanda iştirak edir.

 

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.