Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionu olub

Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının qalibi olub.

Slovakiyanın Koşitse şəhərində keçirilən yarışın həlledici qarşılaşmasında Rumıniya komandasını 1-0 hesabı ilə üstələyən millimiz Avropa çempionu adını qazanıb.

 

Görüşdə yeganə qolu oyunun 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.