“Lex” – “Qarabağ” oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lex” (Polşa'>Polşa) – “Qarabağ” oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Yerveinsan.az  AFFA-nın saytına istinadla xəbər verir ki, oyunun baş hakimi Xose Luis Munuera olacaq. Ona həmyerliləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

İyulun 5-də Polşa'>Polşanın Poznan şəhərindək eyniadlı stadionda keçiriləcək matç saat 22:00-də başlayacaq.