Aİ ölkələri Ukraynaya namizədlik statusunun verilməsi barədə razılığa gəlib

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə razılıq əldə edib.

Bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon Aİ Şurasının iclasının yekununda deyib.

"Aİ ölkələri arasında Ukraynaya namizədlik statusunun təqdim olunması ilə bağlı siyasi konsensus əldə edib", - deyə o bildirib.

Qeyd edək ki, Ukraynaya namizədlik statusunun verilməsi Avropa İttifaqının iyunun 23-24-də keçiriləcək sammitində müzakirə olunacaq.//Trend