İtaliyada koronavirusa yoluxanların sayı 18 milyonu keçib

İtaliyada bu vaxtadək COVID-19 infeksiyasına 18 milyondan çox yoluxma faktı qeydə alınıb.

 İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ölkədə koronavirusa yoluxanların sayı 53 min 905 nəfər artaraq, ümumilikdə 18 milyon 14 min 202-yə yüksəlib. COVID-19-un qurbanlarının sayı isə 50 nəfər artaraq 167 min 892-yə çatıb.

Hazırda ölkədə 625 min 13 aktiv koronavirus xəstəsi var. Reanimasiya şöbəsində olan xəstələrin sayı isə 216 nəfərdir.

Pandemiya dövründə İtaliyada 17 milyon 221 min 297 nəfər virusdan sağalıb.//Azərtac