“Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Onun rəqibi Rumıniyanın “Botoşani” klubu olacaq. Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyunların iyunun 29-da keçirəcək. Komandamız həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” klubları ilə üz-üzə gələcək.