Kanada Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiq edən ilk ölkə oldu

Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları təsdiq edən ilk NATO ölkəsi olub.

Bu barədə Kanadanın Baş naziri Castin Trüdonun yaydığı bəyanatında deyilib.

"Bu gün [iyulun 5-də] Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını təsdiq edən ilk ölkə oldu. Bu, iki ölkəni [alyansa] tam üzvlüyə yaxınlaşdırır", - deyə baş nazir bildirib.

C.Trüdo iki ölkənin "tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə" əminliyini ifadə edib.//Trend