Koutinyo "Barselona"dan ayrılır? - açıqlama

Andrea Bertoluççi meneceri olduğu Filipp Koutinyonun "Barselona"dan ayrılacağı barədə yayılan iddialara münasibət bildirib.

O, Kataloniya klubunun braziliyalı yarımümdafiəçinin yerinə Antuan Qrizmannı alacaqları barədə xəbərləri şərh edərkən deyib:  "Qrizmannın "Barselona"ya Koutinyonun yerinə gələcəyi doğru deyil. Bu xəbərlər niyə yazırlar bilmirəm, amma doğru deyil".

 
Qeyd edək ki, Koutinyo ilə "Atletiko", "Çelsi"nin maraqlandığı iddia olunur.