Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
İyulun 15-də Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.
Yarışda Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Said Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+ 100 kq) iştirak edəcəklər. Qadınların yarışında isə cüdoçularımız Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) mübarizə aparacaqlar.
İyulun 17-dək davam edəcək mötəbər yarışda 71 ölkədən 570-dən çox idmançının iştirakı planlaşdırılıb.