Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri başlayır
Bu gün Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri başlayır.
Mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət komandanın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunacaq.
Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Said Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+ 100 kq) güclərini sınayacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) mübarizə aparacaqlar.
Qran-Pri turniri 3 gün davam edəcək. Yarışda 69 ölkədən 500-dən çox idmançı iştirak edəcək.