PSJ-dən "Barselona"nı sevindirən qərar

Mövsümün sonunda "Atletiko"dan ayrılacağını açıqlayan Antuan Qrizmann PSJ-yə keçməyəcək.

Paris klubu 28 yaşlı hücumçunu transfer etmək fikrindən daşınıb. Buna səbəb fransalı futbolçunun karyerasını La Liqada davam etdirmək və "Barselona"ya keçmək istəyidir. Digər tərəfdən, PSJ-nin növbəti mövsüm üçün əsas hədəfi müdafiə və yarımmüdafiə xəttini gücləndirməkdir.

Qeyd edək ki, Qrizmannın 120 milyon avro qarşılığında "Barselona"ya keçəcəyi gözlənilir.