Bakı finalı "Arsenal"dakı son oyunu olacaq
"Arsenal" Avropa Liqasının finalında "Çelsi" ilə Bakıda keçiriləcək oyuna Danni Uelbeki də gətirə bilər.
Zədəsini sağaldan ingilis hücumçu artıq komanda ilə məşqlərdə iştirak edir. Onun həlledici qarşılaşmada forma geyinəcəyi gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unai Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" - "Çelsi" oyunu yerli vaxtla 23:00-da başlayacaq.

