Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər 

Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisi start götürəcək.

Azərbaycan Boks Federasiyasından  bildiriblər ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edəcək.

Komandamızın baş məşqçisi Vaqif Şirinov Çexiyada dörd boksçumuzu sınaqdan keçirəcək. O, yeni çəki dərəcələri üzrə keçiriləcək Qran-pridə Elvin Məmişzadə (52 kq), Sərxan Əliyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesə (81 kq) şans verəcək.