Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib
Formula 1 üzrə sabiq üçqat dünya çempionu Niki Lauda vəfat edib.
N.Lauda mayın 20-də 71 yaşında dünyasını dəyişib.
Niki Lauda 1985-ci ildə karyerasını bitirdikdən sonra idman meneceri, RTL telekanalının Almaniya üzrə icmalçısı, Formula 1 üzrə "Mercedes AMG"nin Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.

