Varan qərarını verdi - Gedir, yoxsa qalır?

"Real"da qalıb-qalmayacağı müzakirə olunan Rafael Varan haqqında dolaşan söz-söhbətlərə aydınlıq gətirib.

Fransalı müdafiəçi "kral klubu"nu tərk etməyəcəyini bildirib:

"Növbəti mövsümdə də "Real"da oynayacağam. Əminəm ki, bizi yenidən gözəl duyğular gözləyir. Geridə qalan mövsümdə mübarizə apardıq, vuruşduq. Heç kimi bizi qınaya bilməz. Ancaq bəzi anlarda həqiqətən qığılcım çatmadı. Əsl oyunumu göstərə bilmədim. Güclü Varan yenə qayıdacaq".