"Fənərbaxça"dan ayrılıb, "Olimpiakos"a keçir - Rəsmi
"Fənərbaxça" ilə müqaviləsi başa çatan Matyu Valbuena karyerasını Yunanıstanda davam etdirəcək.
Fransalı yarımmüdafiəçi "Olimpiakos"la anlaşıb. Bu barədə klubun prezidenti Evanqelos Marinakis məlumat verib. Onun sözlərinə görə, futbolçu ilə artıq bütün detallar razılaşdırılıb və vaxtı çatanda transfer açıqlanacaq.
Qeyd edək ki, Valbuena 2017-ci ilin yayından "Fənərbaxça"nın formasını geyinir.

