"Real"da mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
İspaniyanın “Real” klubunda 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Klubun rəsmi saytı xəbər verir ki, Madrid təmsilçisinin heyətində mövsümün ən yaxşı oyunçusu fransalı hücumçu Kərim Benzema seçilib.
31 yaşlı hücumçu başa çatan mövsümdə 53 oyuna 30 qol vurub, 11 assist edib.

