Pakistan Türkiyə Prezidentinin Nobel Sülh mükafatına namizədliyini irəli sürüb
Pakistan İslam Respublikasının Senatı və Pakistan xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
Anadolu Agentliyi xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani yazılı məlumat yayıb.
Senat açıqlamada bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyə layiq görülüb.