Fatih Terim daha 5 il "Qalatasaray"da - rəsmi

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.

Bunu Türkiyə mətbuatına açıqlamasında klub prezidenti Mustafa Cengiz deyib. Onun sözlərinə görə, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 5 illikdir.

Qeyd edək ki, İstanbul klubu Fatih Terimin rəhbərliyi altında bu mövsüm həm Türkiyə Superliqasının, həm də ölkə kubokunun qalib olub.