"İnter" Kontenin təyinatını nə vaxt açıqlayacaq?

Bir müddət öncə Antonio Konte ilə anlaşan "İnter" təcrübəli çalışdırıcının təyinatını bu həftə açıqlayacaq.

Qarşıdakı günlərdə hazırkı baş məşqçi Luçano Spaletti ilə yollarını ayıracağı gözlənilən Milan təmsilçisi dərhal Konte ilə müqavilə bağlayacaq. Sözləşmənin müddəti 3 il olacaq. Konte "İnter"də ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Kontenin son iş yeri "Çelsi" olub.