"Fənərbaxça"dan ayrılan futbolçu "Olimpiakos"da - rəsmi

"Fənərbaxça"dan ayrılan  Matyu Valbuenanın yeni klubu rəsmən müəyyənləşib.

Fransalı yarımmüdafiəçi karyerasını "Olimpiakos"da davam etdirəcək. Bu barədə Yunanıstan klubunun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

 
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi.