"Real"dan transfer açıqlaması

"Real"ın prezidenti Florentino Peres transfer planları haqda danışıb.

O, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardı almaq istədiklərini təsdiqləyib: "Bir neçə ildir onu transfer etmək üçün çalışırıq, amma hələ istəyimizə nail olmamışıq. Final oynayacaq klubla hazırda transfer haqda necə danışa bilərik?".

 
Klub rəhbəri PSJ-nin hücumçuları Mbapee və Neymar barədə də fikirlərini bildirib: "Onlarla bağlı Zidanla danışmamışam, danışmayacam da. Ötən il onları istəmədəyimizi söyləmişdim. Eyni sözləri yenə təkrar edirəm. Əgər yeni qərar versək, klubları ilə görüşəcəyik".