"Çelsi", yoxsa "Arsenal"? - Bakıda ingilis finalı

Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək.

Qol.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son oyunu paytaxtımızda olacaq. Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcəklər.

 

Premyer Liqanı 3-cü pillədə bitirirək, Çempionlar Liqasına vəsiqəni təmsil edən "Çelsi" mövsümü titulla başa vurmaq istəyir. "Arsenal" üçün isə Avroliqanın qalibi olmaq ikiqat önəm daşıyır. Çünki "topçular" yalnız bu halda növbəti mövsüm ÇL-də çıxış edə bilərlər. Buna qədər "Sevilya"nın sükanı arxasında 3 dəfə Avropa Liqasının qalibi olan Unay Emeri "Arsenal"da da eyni uğuru təkrarlamaq arzusundadır.

Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Avropa Liqası

Final

29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu