Ayıbdır, başını işlət. Siz səfirsiniz - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə daha görüşmək istəmədiyini bildirib.
Türkiyə prezidenti səfirin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra onun qapıları ABŞ səfiri üçün bağlıdır.
"Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, başını işlət. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir", - deyə R.T.Ərdoğan qeyd edib. "Qapılarımız onun üçün bağlıdır <...>. Niyə? Qoy yerini bilsin", - deyə o əlavə edib.//Trend