Muğla əyalətində 3,9 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.
Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Ula rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.