Cenk Tosun Türkiyə millisindən kənarlaşdırıldı

Türkiyə millisinin aparıcı üzvlərindən olan Cenk Tosun heyətdən kənarlaşdırılıb.

"Everton"un hücumçusu zədəlidi.

28 yaşlı futbolçu Yunanıstanla keçirilən  yoldaşlıq oyununda xəsarət alıb.

Tosun Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçlarda iştirak etməyəcək.