Bakıya qarşı təbliğat aparan iranlı spiker saxlanıldı

İran KİV-də Azərbaycana qarşı çıxışları ilə tanınan Əli Əkbər Raefipur Səudi Ərəbistanda saxlanılıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlamasında bildirib ki, hökumət spikeri Əli Əkbər Raefipur Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkən bizə məlum olmayan səbəblərə görə Ciddə hava limanında çıxış problemi ilə üzləşib”.

Qeyd edək ki, Əli Əkbər Raefipur İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınır. O, İranın Ermənistana hərbi dəstək verməsi, Zəngəzur dəhlizinin açılmaması üçün oraya hərbi qüvvə göndərilməsində israr edən antiazərbaycan siyasətinin əsas media təbliğatçısıdır.//Trend