Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində təqdimat keçirilib
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində, texniki-iqtisadi əsaslandırması hazırlanan və dövlət başçısının müvafiq Sərəncamı ilə yaradılan Komissiyanın iclaslarında uyğun layihə həlləri seçilən dörd suvarma kanalı və bir drenaj kollektoru obyektlərinin işçi layihələrinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində təqdimatı keçirilib.
Təqdimatlar "Türyançay sağ sahil kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması", "Türyançay sol sahil kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" ,"ÇTZ kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması", "Mil-Qarabağ kollektorunun yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və Layihə sənədlərinin hazırlanması" və "Köhnə Xanqızı və P-0 kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması" mövzularını əhatə edib.

