Neft cüzi bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 88,62 dollar təşkil edib.

Yerveinsan.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,14% artaraq, 85,67 dollar olub.