Ermənini udan güləşçimiz üçün "bürünc" şansı - Avropa çempionatı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Sonuncu yarış günündə bir güləşçimiz medal uğrunda döşəyə çıxacaq.

97 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev prinsipial xarakter daşıyan ilk görüşdə Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşıb və 3:0 hesablı qələbə ilə adını 1/4 finala yazdırıb. Nuriyev bu mərhələdə xal prinsipinə əsasən bolqar güləşçi Kiril Milenov Milevə uduzsa da, rəqib finala yüksəldiyindən pəhləvanımız təsəlliverici görüşə çıxacaq.

Güləşçimizin rəqibi hələ müəyyənləşməyib.