"Real"dan Hazarda qadağa

"Real" "Çelsi"dən transfer etdiyi Eden Hazarda qadağa qoyub.

 "Kral klubu" 28 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminə qədər jurnalistlərlə ünsiyyətdə olmağını istəmir. Məsələ ilə bağlı Belçika Futbol Federasiyasına müraciət edən ispanlar Avro-2020-nin Şotlandiya ilə oyunuöncəsi və sonrası Hazardın KİV-ə hər hansı mövzuda müsahibə, açıqlama verməməsini xahiş edib.
 

Qeyd edək ki, sözügedən qarşılaşma iyunun 11-də olacaq. Hazardın təqdimat mərasimi isə iyunun 13-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.