Putin Prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Vladimir Putin Rusiyada keçiriləcək Prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

 “Kommersant” xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib.